Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Akdemik Fərəməz Maqsudovun anadan olmasının 80 illik yubileyi ilə bağlı konfrans keçirilib
17.03.10 19:40

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində akdemik Fərəməz Maqsudovun anadan olmasının 80 illik yubileyi ilə bağlı konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən AMEA-nın prezidenti Mahmud Kərimov mərhum akademikin həyat və yaradıcılığından bəhs edib. O qeyd edib ki, F.Maqsudovun Azərbayan elminin dünya elmi ilə əlaqələndirilməsində böyük rolu olub. Onun sözlərinə görə, F.Maqsudov irsi, onun yaratdığı məktəb və ideya bu gün də yaşayır və gələcəkdə gənc nəsil tərəfindən davam etdiriləcək. Akdemik Akif Hacıyev də F.Maqsudovun yaradılcılıq fəaliyyətinə nəzər salıb. O bildirib ki, F.Maqsudovun Azərbaycan elminin inkişafında mühüm rolu olub, həmçinin onun rəhbərliyi ilə çoxsaylı alimlər yetişib. Qeyd edək ki, konfransda iştirak edən digər natiqlər də mərhum akademikin geniş yaradıcılıq fəaliyyətindən bəhs ediblər.
URL / WWW
http://kelam.az/news/a-887.html