Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda NATO Günləri keçiriləcək
30.10.09 21:58

Noyabrın 9-13-də Bakıda NATO Günləri keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyi mətbuat xidmətindən veriblər. Noyabrın 10-13-də Bakıda həmçinin Əməliyyat İmkanları Konsepsiyası bölüyünün 2-ci səviyyəli özünü-qiymətləndirmə təlimi keçiriləcək. Noyabrın 12-13-də isə Brüsseldə NATO və Tərəfdaş Ölkələrin Müdafiə Akademiyalarının və Təhlükəsizlik Elmləri İnstitularının SNT Konsorsiumu Peşakar Hərbi Təlim üzrə yeni Tədris Planının hazırlanması məqsədilə yaratdığı işçi qrupunun növbəti görüşü olacaq. Qeyd edək ki, qeyd olunan tarixdə Praqa şəhərində (Çexiya) isə NATO-nun Arxa Cəbhə idarəsinin Tərəfdaşların Arxa Cəbhə Ekspertlərinin Daimi Qrupunun növbəti görüşü təşkil olunacaq.
URL / WWW
http://kelam.az/news/a-87.html