Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Elmar Məmmədyarov: “Azərbaycanla Slovakiya arasında siyasi baxımdan əlaqələr yüksək səviyyədədir”
15.03.10 21:18

Bakıda rəsmi səfərdə olan Slovakiyanın xarici işlər naziri Miroslav Layçak həmkarı Elmar Məmmədyarovla görüşüb. KƏLAMİNFO xəbər verir ki, görüşdən sonra keçirilən brifinqdə E.Məmmədyarov bildirib ki, Azərbaycan Slovakiya ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlıdır. E.Məmmədyarov Azərbaycanla Slovakiya arasında siyasi baxımdan əlaqələrin yüksək səviyyədə olduğunu, ancaq iqtisadi əlaqələrin isə istənilən səviyyədə olmadığını vurğulayıb. E.Məmmədyarov iki ölkə arasında iqtisadi əməkdaşlığı genişləndirmək üçün həmkarının Bakıya biznesmenlərdən ibarət böyük nümayəndə heyəti ilə gəldiyini qeyd edib. Hazırda Slovakiyalı iş adamlarının Azərbaycanlı iş adamları ilə müxtəlif sahələr üzrə biznes layihələrini müzakirə etdiklərini diqqətə çatdıran E.Məmmədyarov ölkələr arasında siyasi baxımdan heç bir problem olmadığını vurğulayıb. Nazir hər iki ölkənin maraqlarının beynəlxalq təşkilatlarda üst-üstə düşdüyünü bəyan edib. E.Məmmədyarovla enerji təhlükəsizliyi məsələlərini müzakirə etdiyini söyləyən M.Layçak bu məsələnin Avropa İttifaqı və Slovakiya üçün çox vacib olduğunu vurğulayıb. M.Layçak bildirib ki, Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir. Onun sözlərinə görə, bu şirkətlər Azərbaycanda yol tikintisi ilə də məşğuldurlar, Bakı-Aeroport yolunun çəkilişini Slovakiya şirkəti həyata keçirib. O, ölkəsinin Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə maraqlı olduğunu bəyan edib.
URL / WWW
http://kelam.az/news/a-865.html