Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » BDU-da təbiət və humanitar elmlərə həsr olunan beynəlxalq konfrans keçirilir
30.10.09 21:58

Bu gün Bakı Dövlət Universitetində (BDU) təbiət və humanitar elmlərlə bağlı beynəlxalq konfrans işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, elmi konfrans rəhbərlik etdiyi ali təhsil ocağının yubileyi çərçivəsində keçirilir. Konfransda 1300-ə yaxın məruzəçinin iştirak etdiyini diqqtə çatdıran A.Məhərrəmov yığıncaqda 800-dən artıq məruzənin dinləniləcəyini söyləyib. O, konfransa 40-a yaxın xarici qonağın qatıldığını vurğulayıb və bildirib ki, onlar Gürücüstan, Rusiya, Ukrayna, Tacikistan, Rumıniya, Almaniya, Özbəkistan və digər ölkələrdəndir. Onun sözlərinə görə, konfransda xarici mütəxəssislərin də məruzələri dinləniləcək. A.Məhərəmov qeyd edib ki, məruzələr 16 ixtisas üzrə olacaq. Rəhbərlik etdiyi ali təhsil ocağının tarixindən bəhs edən A.Məhərəmov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətin yadigarı olaraq yaranan universitetdə noyabrın 12-də ilk məruzə dinlənilib. O, dövrdə universitetin 44 nəfər əməkdaşdan ibarət olduğunu xatırladan A.Məhərrəmov onlardan 2-nin mili kadr olduğunu söyləyib. Qısa müddət ərzində BDU-da milli düşüncənin formalaşdığını diqqətə çatdıran akademik 1923-cü ildən sonra isə universitetdə Azərbaycan dilində dərslərin başladığını və burada azərbaycanlı alimlərin çoxluğunun yarandığını nəzərə çatdırıb. Universitetin ağır dövrlər yaşadığını qeyd edən A.Məhərrəmov bildirib ki, buna baxmayaraq bir müddət sonra ali təhsil ocağında mili oyanış, mili təəssübkeşliyin baş qaldırıb. Akademik 1930-cu ildə ali təhsil ocağının bir müddət bağlandığını, 1934-cu ildə yenidən fəaliyyətə başladığını söyləyib. A.Məhərrəmov bundan sonra universitetdə repressiya dövrünün başlandığını qeyd edib. Onun sözlərinə görə, təkcə 1937-ci ildə BDU-da rektor işləyən 4 nəfər repressiya qurbanı olub. O, ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra unversitetin inkişaf etməyə başlandığını vurğulayıb. A.Məhərrəmovun sözlərinə görə, Heydər Əliyevin rəhbərliyi ilə başlayan təhsilin inkişaf dövrü bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, son beş ildə Azərbaycanda elm və təhsilə aid 26 Dövlət Proqramının qəbul olunduğunu bildirib. Sonra konfrans işini məruzələrlə davam etdirib. Qeyd edək ki, konfrans öz işini sabah başa vuracaq.
URL / WWW
http://kelam.az/news/a-86.html