Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ombudsman YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbərini qəbul edib
11.03.10 22:22

Ombudsman Elmira Süleymanova YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Herevardı qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatından veriblər. Görüşün məqsədi cari ildə Ombudsmanın YUNİSEF-in Azərbaycan nümayəndəliyi ilə uşaq hüquqlarının müdafiəsi və həyata keçirilməsi üzrə əməkdaşlığının perspektivlərini müəyyənləşdirmək olub. M.Herevard Ombudsman təsisatının və Müvəkkilin regional mərkəzlərinin uşaq hüquqları sahəsində bilik və bacarıqları, fəaliyyət imkanlarının daha da inkişaf etdirilməsinə, habelə “Əlliliyi olan şəxslərin hüquqları haqqında” BMT Konvensiyasının ölkəmizdə tətbiqi üzrə monitorinqə kömək göstərməyə hazır olduğunu bildirib. Ombudsman qonağa əlilliyi olan insanların, o cümlədən əlil uşaqların hüquqlarının müdafiəsi ilə əlaqədar mühüm tədbirlər görüldüyünü və müvafiq dövlət orqanlarına təkliflər verildiyini bildirib. Görüşün sonunda E.Süleymanova və M.Herevard arasında 2010-cu ildə Ombudsman təsisatı ilə YUNİSEF-in uşaq hüquqları üzrə birgə fəaliyyətinə dair iş planı imzalanıb.
URL / WWW
http://kelam.az/news/a-855.html