Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv oluna bilər
11.03.10 22:22

Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğv olunması üzərində iş davam edir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov söyləyib. E.Məmmədyarov qeyd edib ki, Sazişin hazırlanmasında bəzi bürokratik problemlər var və onlar aradan qaldırılandan sonra imzalanacaq. O, bu sənədin bu il imzalanacağını istisna etməyib. Azərbaycanla Avropa İttifaqı arasında “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində assosiativ Sazişin imzalanması ilə bağlı məsələyə münasibət bildirən nazir bu sahədə Brüssellə danışıqların aparıldığını söyləyib. “Müzakirə olunacaq xeyli məsələ var”,-deyə nazir vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-854.html