Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Tomas Hammamberq Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla görüşüb
05.03.10 20:36

Bu gün Milli Məclisdə Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammerberq parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla görüşüb. KƏLAMİNFO xəbər verir ki, görüşdə S.Seyidov Azərbaycanda həyata keçirilən islahatlar, iqtisadi inkişaf, insan hüquqlarının müdafiəsi sahəsində görülmüş işlər, ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icra vəziyyəti barədə məlumat verib. S.Seyidov Azərbaycan dövlətinin insan hüquqlarının qorunmasına çox böyük önəm verdiyini, ancaq bəzi problemlər, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu istiqamətdə ciddi maneə yaratdığını vurğulayıb. Komitə sədri Azərbaycan dövlətinin bu məsələ ilə bağlı haqlı mövqeyini bir daha diqqətə çatdırıb, münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bəyan edib. T.Hammerberq Azərbaycana səfəri çərçivəsində Bakıda və Naxçıvanda keçirdiyi görüşlərdən danışıb. Bildirib ki, görüşlərdə insan hüquqları, mətbuat azadlığı, hüquq mühafizə orqanlarının fəaliyyəti, vətəndaş cəmiyyətinin inkişafı və digər məsələlər ətrafında geniş, səmərəli fikir mübadiləsi aparılıb. Komissar Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsi nəticəsində insan hüquqlarının pozulması faktını qəbul etdiyini bildirib və qurumun problemin həlli ilə bağlı səylərini artırmaq fikrində olduğunu söyləyib. T.Hammerberq səfərin yekunlarına dair yekun hesabat hazırlanacağını bildirib.
URL / WWW
http://kelam.az/news/a-825.html