Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Oqtay Əsədov: “Azərbaycan Türkiyənin əleyhinə qəbul edilən istənilən qərarı öz milli mövqeyinə zərbə hesab edir”
05.03.10 20:36

Milli Məclisin sədri Oqtay Əsədov ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul etməsinə münasibət bildirib. KƏLAMİNFO xəbər verir ki, O.Əsədov Azərbaycanın bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Türkiyənin yanında olduğunu bildirib. Spiker ABŞ dövləti və prezidentinin müdriklik göstərərək sənədin Konqresdə qəbul olunmasına imkan verməyəcəyini inandığını bildirib.“Mən buna inanmaq istəmirəm ki, bu boyda ABŞ Konqresini yönləndirən erməni lobbisidir. İnanmaq istəyirəm ki, ABŞ bu qətnamənin Konqresdə qəbuluna imkan verməyəcək. Biz öz əlaqələrimizi güclü qurmalıyıq, biz də, Türkiyə parlamentinin üzvləri də məsələni düzgün izah etməliyik. Məlumdur ki, Türkiyəyə qarşı təzyiqin əsas məqsədi Ermənistanla sərhədlərin açılmasıdır. Dünyanın ən böyük erməni lobbisi ABŞ-da, Fransada və Rusiyadadır. Bu məsələnin üzərində işləmək lazımdır. Azərbaycan Türkiyənin əleyhinə qəbul edilən istənilən qərarı öz milli mövqeyinə zərbə hesab edir”,-deyə spiker vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-824.html