Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Qənirə Paşayeva: “Qətnamənin qəbulu təkcə Türkiyəyə deyil, bütün türk dövlətlərinə qarşı hörmətsizlikdir”
05.03.10 20:36

Türkdilli dövlətlərin parlamentləri ABŞ Konqresi Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin qondarma "erməni soyqırımı"nın tanınmasına dair qəbul etdiyi qətnaməyə etiraz bildirməlidirlər. KƏLAMİNFO xəbər verir ki, bu bardə açıqlamanı jurnalistlərə Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib. Q.Paşayeva hesab edir ki, bu qətnamənin qəbulu təkcə Türkiyəyə deyil, bütün türk dövlətlərinə qarşı hörmətsizlikdir. Millət vəkili qeyd edib ki, bütün türk diasporu, türk dövlətlərinin parlamentlərinin bu məsələyə etiraz etməlidirlər. Onun sözlərinə görə, ABŞ bununla Türkiyəyə qarşı təzyiq etməklə Ermənistanla sərhədlərin açılmasına nail olmaq istəyir.
URL / WWW
http://kelam.az/news/a-822.html