Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Millət vəkili Qüdrət Həsənquliyev: ‘Azərbaycan ABŞ-dakı səfirini geri çağırmalıdır”
05.03.10 20:36

Azərbaycan ABŞ-dakı səfirini geri çağırmalıdır. KƏLAMİNFO xəbər verir ki, belə bir açıqlama ilə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib. Q.Həsənquliyev bildirib ki, ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsi qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul etməsi ilə bağlı Azərbaycan adekvat addımlar atmalıdır. "Biz hökumət və Xarici İşlər Nazirliyi qarşısında ABŞ-dakı səfirimizin geri çağırılması ilə bağlı məsələ qaldırmalıyıq",-deyən Q.Həsənquliyev ABŞ-ın Azərbaycana səfir təyin etməməsinin də dövlətimizə qarşı hörmətsizlik olduğunu vurğulayıb. Onun sözlərinə görə, səfir təyinatının uzun müddət yubanmasında siyasi maraqlar dayanır. “ABŞ bununla Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə edir",- deyə millət vəkili əlavə edib. Qeyd edək ki, deputat Zahid Oruc da həmkarının təklifini dəstəkləyərək məsləhətləşmələr aparmaq üçün səfirin Bakıya çağrılmasını təklif edib.
URL / WWW
http://kelam.az/news/a-821.html