Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Seçkilərdə məhkumların da iştirakı təmin olunacaq
29.10.09 21:58

Dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərində məhkumların da iştirakı təmin olunacaq. Bu barədə məlumatı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən veriblər. Məlumatda bildirilir ki, növbəti yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə məhkumların səsvermə hüququnun təmin edilməsi üçün artıq lazımı işlərə başlanılıb. Qeyd olunub ki, sözügedən mələsə ilə bağlı rəsmi qaydada da geniş açıqlama veriləcək. Qeyd edək ki, ölkədə keçirilən bələdiyyə, parlament və prezident seçkilərinin hər birində məhkumların səsverməssi üçün də normal şərait yaradılır. Seçkilər günü onlar müvafiq qaydada təyin olunan xususi vəsiqələrlə səs verirlər.
URL / WWW
http://kelam.az/news/a-82.html