Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ombudsman ötən il üzrə illik məruzəsini prezidentə təqdim edib
01.03.10 22:44

Ombudsman Elmira Süleymanova “Azərbaycanda insan hüquqları və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2009-cu il üzrə illik məruzəsini prezident və Milli Məclisə təqdim edib. Ombudsman Aparatı mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, müvəkkilin illik məruzəsi Konstitusiya Qanunu ilə müəyyən edilən qaydada Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora da göndərilib. Məruzə Milli Məclisin iclasında dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması məqsədi ilə qəzetdə, “Azərbaycan Respublikası Qanunvericilik Toplusu”nda və digər mətbu orqanlarda dərc olunacaq.İllik məruzədə Müvəkkilin AR Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunan, dövlət və yerli özünüidarəetmə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönələn ümumiləşdirilmiş təklif və tövsiyələri öz əksini tapıb. İllik məruzənin Milli Məclisin iclasında dinlənilməsi nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/news/a-791.html