Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Serj Sarkisyan Gürcüstanda səfərdədir
01.03.10 22:44

Ermənistan prezidenti Serj Sarkisyan Gürcüstana iki günlük səfərə gedib. KƏLAMİNFO gürcü mətbuatına istinadən xəbər verir ki, Gürcüstan prezidenti Mixail Saakaşvili həmkarını Batumidə qarşılayıb. Prezidentlərin görüşündə ikitərəfli münasibətlərə və Gürcüstan-Rusiya sərhəddinin açılması məsələsi müzakirə olunub.M.Saakaşvili Gürcüstanda xeyli sayda erməninin yaşadığını bildirib və onların Gürcüstanın tamhüquqlu vətəndaşları olduğunu qeyd edib. M.Saakaşvili iki ölkə arasında əlaqələrin dinamik inkişaf dövrü yaşadığını dilə gətirib və ölkəsinin Ermənistanın uğurlarına sevindiyini vurğulayıb. S.Sarkisyan isə iki ölkə arasında əlaqələrin inkişaf edəcəyini vurğulayıb. “Min illər ərzində biz qardaş xalqlar olmuşuq, bu qardaşlıq bundan sonra da yaşayacaq”,-deyə Sarkisyan vurğulayıb. Qeyd edək ki, S.Sarkisyanın Batumiyə səfəri ilə eyni vaxtda Rusiya-Gürcüstan sərhəddinin “Yuxarı Lars” məntəqəsi açılıb. Ermənistan bu sərhəd məntəqəsinin açılışını çoxdan gözləyirdi. Bununla Rusiya mallarının Gürcüstan üzərindən Ermənistana daşınmasına yenidən start verilir.
URL / WWW
http://kelam.az/news/a-788.html