Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » AŞ-ın komissarı Tomas Hammerberqin Azərbaycana səfər proqramı açıqlanıb
26.02.10 21:31

Martın 1-dən 5-dək Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammerberq Azərbaycanda səfərdə olacaq. Avropa Şurasının Bakı ofisindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər çərçivəsində komissar media azadlığı, ədliyyə sistemi, hüquq-mühafizə əməkdaşlarının davranışı və qeyri-hökumət təşkilatlarına dair qanunvericilik bazası ilə bağlı müzakirələr aparacaq. T.Hammerberq prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, ədliyyə naziri Fikrət Məmmədov, daxili işlər naziri Ramil Usubov, Baş prokuror Zakir Qaralov və Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ilə görüşməyi planlaşdırır. Komissar ombudsman və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə də görüşlər keçirməyi nəzərdə tutub. Onun insan hüquqlarına aidiyyəti olan bəzi yerlərə və müəssisələrə, o cümlədən Naxçıvan Muxtar Respublikasına da baş çəkməsi planlaşdırılıb. Martın 5-də T.Hammerberq Avropa Şurasının Bakıdakı ofisində mətbuat konfransı keçirəcək. Qeyd edək ki, bu, T.Hammerberqin insan hüquqları üzrə komissar kimi Azərbaycana ikinci səfəri olacaq.
URL / WWW
http://kelam.az/news/a-786.html