Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » DİDK sədri Nazim İbrahimov Türkiyəyə gedir
25.02.10 20:38

Fevralin 27-i İstanbulda Türkiyə hökumətinin nəzdində Xaricdə Yaşayan Türklər və Türkdilli Xalqlarla İş üzrə İdarənin yaradılması ilə bağlı tədbir keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) veriblər. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın da qatılacağı toplantıda idarənin yaradılması haqqında hazırlanan qanun layihəsinin mahiyyəti dünyadakı Türk icmalarına təqdim olunacaq, onların rəy və təklifləri dinləniləcək, xarici ölkələrdə yaşayan türklərin problemləri müzakirə ediləcək, həmçinin güclü Türkiyə lobbisinin yaradılması yollarından danışılacaq. Dövlət naziri Faruk Çelikin təşkilatçılığı ilə keçirilən tədbirə Azərbaycandan da nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinin tərkibinə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, DİDK-nin sədri Nazim İbrahimov və qurumun bir neçə əməkdaşı, həmçinin Türkdilli Dövlətlərin Parlament Assambleyasının Baş katibi Ramil Həsənov daxildir.
URL / WWW
http://kelam.az/news/a-777.html