Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ali məktəblərdə ödənişsiz oxumaq üçün ölkə üçün ehtiyac olan ixtisaslara dövlət qrantlar ayıracaq
24.02.10 20:30

Ali məktəblərə qəbul qayadalarına edilmiş dəyişiklərə əsasən bu ildən etibarən ölkədə ehtiyac yaranan peşələrə uyğun qəbul olunan abituriyentlərin ödənişsiz oxuması üçün dövlət tərəfindən qrantların ayrılması nəzərdə tutulub. KƏLAMİNFO xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib. M.Abbaszadə qeyd edib ki, bu ölkə başçısının “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il tarixli fərmanına əsasən həyata keçiriləcək. “İldən-ilə bu qrantlar bütün ixtisaslara şamil olunacaq. Hansı ixtisasa neçə faiz şamil olunmağı o ixtisaslardakı peşələrin ölkə üçün nə qədər zəruri olmasından irəli gələcək. Bu proses özəl ali məktəblərə də aiddir. Bu il hansı peşələrə daha çox üstünlük veriləcəyi isə martın 15-dək TQDK-a təqdim olunan plana əsasən bilinəcək”,-deyə TQDK sədri vurğulayıb. M.Abbaszadə onu da əlavə edib ki, qrantların ayrıldığı ixtisaslara yiyələnmək üçün abituriyentlər yüksək nəticə göstərməli olacaqlar.
URL / WWW
http://kelam.az/news/a-768.html