Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » RİTN ilə AMEA arasında əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb
29.10.09 20:28

Bu gün Bakıda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb. KƏLAMİNFO xəbər verir ki, Protokolu nazir Əli Abbasov və AMEA-nın prezidenti Mahmud Kərimov imzalayıblar. İmzalanan Protokola əsasən RİTN və AMEA informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun davamlı inkişafında innovativ fəaliyyətin genişləndirilməsi, fundamental elmi nailiyyətlərin istifadə edilməsi, mütərəqqi elmi-praktiki nəticələrin İKT məhsul və xidmətlərinin yaradılması və istehsalında tətbiqi, ölkədə informasiya cəmiyyətinin formalaşdırılması və s. bu kimi istiqamələrdə əməkdaşlıq nəzərdə tutulub. Niyyət Protokolundan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün RİTN və AMEA-nın nümayəndələrindən ibarət İşçi Qrupunun yaradılması planlaşdırılıb. Tərəflər ölkə prezidenti İlham Əliyev tərəfindən 2009-2015-ci illərdə elmin inkişafı üzrə “Milli Strategiya və bu Milli Strategiyanın həyata keçirilməsi” ilə bağlı Dövlət Proqramının təsdiqləndiyini xüsusi qeyd edərək Niyyət Protokolunun hər iki tərəf üçün əhəmiyyət kəsb etdiyini bildiriblər.
URL / WWW
http://kelam.az/news/a-76.html