Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Kubaya yola düşüb
22.02.10 23:02

Cari ilin 2-6 mart tarixlərində Havana şəhərində Azərbacyan-Kuba Hökumətlərarası Komissiyanın 3-cü iclası və bu ölkədə Azərbaycan Mədəniyyət günlərinin keçirilməsi planlaşdırılır. Bu məqsədlə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Kubaya yola düşüb. Eyni tədbir 7-12 mart tarixlərində Meksikada da nəzərdə tutulub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.Hər iki ölkədə Azərbaycanla ilk dəfədir belə tədbir keçirilir. Kubada keçiriləcək Komissiyanın iclasında ölkəmizin xarici işlər, iqtisadi inkişaf, maliyyə, sənaye və energetika, təhsil, səhiyyə, gənclər və idman nazirlərinin müavinləri, Azərbaycanın BMT yanında daimi nümayəndəsi, eyni zamanda Kuba Respublikasında akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirin iştirakı gözlənilir. Ə.Qarayevin başçılıq etdiyi nümayəndə heyəti bir sıra mədəniyyət və incəsənət xadimlərindən ibarətdir. Kuba və Meksikada keçiriləcək mədəniyyət günləri çərçivəsində foto-sərgi və Azərbaycan haqqında bələdçi kataloqun təqdimatı, Azərbaycanın bədii muzeylərinin kolleksiyaları əsasında milli geyim üzrə muzeyin hazırlanması və nümayişi nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/news/a-758.html