Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
09.02.18 08:45

Kompüter Oyunları Milli Assosiasiyası (AzKOMA) Azərbaycan Gənclər Fondunun (AGF) dəstəyi ilə “Mədəni irs və müasir İKT: Azərbaycan tapmacaları” adlı innovativ layihə çərçivəsində Azərbaycan tapmacalarından ibarət mobil əlavə yaradıb. Asudə vaxtın səmərəli təşkilinə xidmət edən minə yaxın tapmacadan ibarət mobil tətbiq əsasən maarifləndirici xarakter daşıyır. Oyunda təbiət, məişət, kənd təsərrüfatı, texnika, müxtəlif fəaliyyət sahələri və gündəlik həyatımıza dair hər hansısa əşya və ya hadisənin əlaməti üstüörtülü şəkildə verilərək, qarşı tərəfdən onun tapılması tələb olunur. 
Folklorumun bu maraqlı janrı balacaların dünyagörüşünü genişləndirəcək, zehinlərini itiləyəcək, söz ehtiyatlarını zənginləşdirəcək, onlarda qısa müddət ərzində düzgün qərar vermək qabiliyyətini formalaşdıracaq.
Layihənin özəlliklərindən biri yaradılmış mobil tətbiqin təkcə azyaşlıların deyil, istənilən yaş qrupundan olan insanların maraq dairəsini əhatə etməsidir. Belə ki, böyüklərə də öz biliklərini yoxlamaq imkanı yaradacaq bu layihə eyni zamanda mədəni irsi öyrənmək və təbliğ etmək baxımından olduqca əhəmiyyətlidir. 
 “Azərbaycan tapmacaları” adlı oyunu Play Marketin köməyilə https://play.google.com/store/apps/details?id=com.tapmaca llinkinə daxil olmaqla yükləmək mümkündür.
URL / WWW
http://kelam.az/news/a-7570.html