Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
08.07.16 13:57

İsmayıllı rayonunun Buynuz kәndindә yerlәşәn “Şirvan” Ailәvi İstirahәt mәrkәzi turistlәrә әn sәrfәli şәrtlәrlә xidmәt tәklif edir…

 

Azәrbaycana üz tutan xarici turistlәrin sayında son illәr nәzәrәçarpacaq dәrәcәdә artım müşahidә olunur. Ölkәmizin müxtәlif beynәlxalq tәdbirlәrә ev sahibliyi etmәsi Azәrbaycanı әcnәbi turistlәrin diqqәt mәrkәzinә çevirib. Sevindirici haldır ki, ölkәmizә gәlәn turistlәr Bakı ilә yanaşı, hәm dә bölgәlәrimizә maraq göstәrirlәr. Xarici turizm obyektlәrindәn geri qalmayan istirahәt mәrklәzlәrinin yaradılması sayәsindә yerli turistlәr dә ölkәmizin turizm müәssisәlәrindә dincәlmәyә üstünlük vermәyә başlayıblar. 


Bakı sakinlәri daha çox hansı zonalara üz tuturlar? 


Әlbәttә, yayın gәlişi Azәrbaycanda turizm obyektlәrinә olan tәlәbatı daha da artırıb. Xarici turistlәrlә yanaşı, ölkә әhalisi dә dәhşәtli istilәrdәn xilas olmaq, әn әsası isә yay tәtilini sәmәrәli keçirmәk üçün sәfalı bölgәlәrimizә üz tutur. İstәr respublikamızın şimal rayonları, istәrsә dә İsmayıllı-Qәbәlә-Şәki-Zaqatala bölgәsi xarici turistlәrin әn çox üz tutduqları regionlardır. Son vaxtlar bu regionlarda bir-birindәn gözәl turizm müәssisәlәri yaranıb. 

Tәbii-coğrafi şәraitin verdiyi imkanlarla yanaşı, müasir infrastrukturun yaradılması nәticәsindә turistlәrin bu bölgәlәrә marağı artıb. Dağ vә dağәtәyi zonalarda, dağ çaylarının, meşәlәrin qoynunda әsil tәbiәtin qonağı olmaq imkanı lazımi şәraitin yaradılması ilә birgә getdikcә daha çox insanı cәlb edir. 

Bakı, Sumqayıt vә Xırdalan şәhәrlәrindә yaşayan milyonlarla insanın çoxu isә tәbii ki, Abşerona nisbәtәn yaxın rayonlara üstünlük verirlər. Bununla hәm vaxta, hәm vәsaitә qәnaәt etmiş olurlar. Xüsusәn dә, hәftәsonu istirahәti üçün bu çox әlverişlidir. Bu sәbәbdәn dә, son vaxtlar paytaxta yaxın olan Şamaxı, İsmayıllı, Şabran kimi rayonlara maraq artıb. 


İsmayıllı turizm məkanı: Bakı sakinlәrinin çoxu niyә bura üz tutur? 


Yerli turizmin inkişafına töhfә verәn bölgәlәrimizdәn biri dә Bakının tәxminәn 160 kilometrliyindә yerlәşәn İsmayıllı rayonudur. İsmayıllı özünün zәngin tәbiәti, tәmiz havası, dәli-dolu çayları ilә hәm xarici, hәm dә yerli turistlәrin diqqәtini cәlb edir. 

Son illәr rayonda aparılan quruculuq-abadlıq işlәri, o cümlәdәn, infrastrukturun yenidәn qurulması bu bölgәyә turist axınının güclәnmәsinә tәkan verib. Burada, sadә, lakin gözәl şәraitә vә tәbii imkanlara malik kiçik turizm müәssisәlәri yaradılıb. 

Әn әsası, ölkәmizdә turizm sektorunun әsas problemi olan baha qiymәtlәr sindromu bu bölgәdә sındırılıb. İri turizm mәrkәzlәri ilә yanaşı son vaxtlar kәnd turizmi dә geniş inkişaf edir. Belә mәkanlar geniş reklam edilmәdiyindәn çoxlarının xәbәri yoxdur, lakin necә deyәrlәr “papaq altında” çox gözәl istirahәt guşәlәri yatır. 


Azərbaycanda ən ucuz qiymətə ailəvi istirahәt məkanı


İsmayıllıda turistlәrә münasib qiymәtә, lakin yüksәk sәviyyәdә xidmәt göstәrәn turizm obyektlәrindәn biri dә Buynuz kәndinin әrazisindә yerlәşәn “Şirvan” Ailәvi İstirahәt mәrkәzidir.Bu istirahәt mәrkәzi Qalacıq çayının sahilindә, sıx meşә zolağının әtәyindә fәaliyyәt göstәrir. 

Daşdan vә taxtadan inşa edilmiş, yüksәk sәviyyәdә tәmir olunmuş koteclәr turistlәrin ixtiyarına verilib. Koteclәrdә müasir standartlara cavab verәn tualet, hamam, televizor, çanaq antena, yüksәk sürәtli internet, 2 yataq, 1 qonaq otağı var. 

Bu tipli istirahәt mәrkәzlәri son vaxtlar turistlәri daha çox cәlb edir, belә ki sıx adam qaynaşan vә daim sәs-küy olan iri turzim mәrkәzlәrindәnsә vәhşi tәbiәtin qoynunda sadә, sakit vә rahat istirahәt müasir dövrdә әsas tәlәbata çevrilib. Burada tәbii materialdan tikilmiş kotecdә bir neçә gün yaşamaq vә tam azad şәkildә istirahәt etmәk, çoxları  üçün  hansısa sәs-küylü 5 ulduz oteldә yarım ay qalmaqdan daha cәlbedici görünür. 

“Şirvan”da hәr bir turist cәmi 25 manat ödәmәklә bir ailәnin rahat yaşaması üçün nәzәrdә tutulmuş bu koteclәrә 24 saat sahib ola bilәrlәr. Bununla yanaşı, “Şirvan” İstirahәt Mәrkәzi  turistlәrә 2 nәfәrlik koteclәr dә tәklif edir. Qalacıq çayının beş-altı addımlığında yerlәşәn bu koteclәrin qiymәti daha ucuzdur. 

Müqayisә üçün deyәk ki, eyni şәraitә malik olan koteclәr yaxınlıqdakı iri istirahәt mәrkәzlәrindә (ad çәkmәk istәmәdik- müәllif) turistlәrә sutkası 70-80 manata tәklif olunur. 


Aşağı qiymәtlә yüksәk xidmәtin “Şirvan” nümunәsi 


Göründüyü kimi, demәk olar ki, eyni әrazidә yerlәşәn, eyni şәraitә, eyni xidmәtә malik istirahәt mәrkәzlәrinin qiymәtlәri arasında az qala 3 dәfә fәrq var. Bu isә onu demәyә әsas verir ki, yerli turizm mәrkәzlәri qiymәtlәri endirә bilәrlәr, burada süni qiymәt artımı faktoru var.  Əslində, aşağı qiymәtlә daha çox turst cәlb edib daha çox tanınmaq, bu biznesә strateji yanaşmaq, yaxın gәlәcәkdә daha çox gәlir әldә etmәk mümkündür. 

Belәliklә, adi müqayisәdәn görünür ki, bu reallıqdır - bunun da әyani nümunәsi “Şirvan” İstirahәt Mәrkәzidir. Belә ucuz qiymәt tәklif edәn müәssisәlәrin çoxalması turizm bazarına tәsir göstәrir ki, bu da tәbii ki, son nәticәdә digәrlәrinin dә qiymәtlәri azaltmasına gәrtirib çıxarır. Son nәticәdә bu prosesdәn bütün әhalimiz faydalanır. 

Hә, yadımıza düşmüşkәn, çox vacib bir mәqamı da qeyd edәk: “Şirvan” Ailәvi İstirahәt mәrkәzinin digәr turizm obyektlәrindәn bir üstünlüyü dә odur ki, turistlәr cüzi ödәniş etmәklә özlәri ilә gәtirdiklәri әrzaqdan müxtәlif lәziz yemәklәr bişirtdirә də bilәrlәr. Әksәr istirahәt mәrkәzlәri isә buna imkan vermir, nәticәdә tursitlәr gündәlik haqdan әlavә bir o qәdәr də yemәyә, çaya vә sairәyә xәrclәmәli olurlar. Belә vәziyyәtdә hәmin turistin növbәti mövsümdә yenidәn ora üz tutmayacağı әvvәlcәdәn dәqiq mәlumdur. Tәәssüf ki, bu bisnesә әksәr turizm mәrkәzlәrimiz ruslar demiş “poputnıy kliyent” tutmaq prinsipi ilә yanaşırlar. 


Buynuzluların arzusu: müvafiq orqanlar hә desә... 


Buynuz kәndinin gözәl tәbiәtә, saf havaya malik olması bu bölgә ilә bağlı maraqlı ideyaların gündәmә gәlmәsinә sәbәb olub. Kәnddә olarkәn sakinlәr dedilәr ki, әn böyük arzuları Buynuzda Ümummilli lider Heydәr Әliyevin adına Tәbiәt Parkının yaradılmasıdır. Analoji parkların Rusiyada, Amerikada, o cümlәdәn, bәzi Avropa ölkәlәrindә mövcud olduğunu xatırladan Buynuz sakinlәri inanırlar ki, bu ideyanı reallaşdırmaqla bölgәyә turist axınını güclәndirmәk mümkün olacaq. 

Biz dә ümid edirik ki, Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi bu tәklifә hәssas yanaşaraq, İsmayıllı rayonunun Buynuz kәndindә Ümummilli lider Heydәr Әliyevin adına Tәbiәt Parkının yaradılmasına dәstәk verәcәk. Bu həm iqtisadi, həm sosial, həm də ekoloji cəhətlərdən faydalı olardı.


Turizmә tәkcә maddi gәlir mәnbәyi kimi baxmamalıyıq 


Hazırda turizm dünyada әn gәlirli sahәlәrdәn biri sayılır. Azәrbaycanda turizm sektorundan әldә edilәn gәliri bir neçә dәfә artırmaq üçün potensial var. Bunun üçün xidmәtin sәviyyәsini yüksәltmәklә yanaşı, hәm dә qiymәtlәri әhalinin orta tәbәqәsinin cibinә uyğunlaşdırmaq lazımdır. İsmayıllı rayonunun Buynuz kәndindә fәaliyyәt göstәrәn “Şirvan” Ailәvi İstirahәt mәrkәzinin bu prinsiplә işlәdiyini әminliklә söylәyә bilәrik. Hәtta, aztәminatlı ailәlәr belә burada әsil tәbiәtin qoynunda gözәl istirahәt imkanından yararlana bilәrlәr. 

Unutmaq lazım deyil ki, turizmә tәkcә maddi gәlir qaynağı kimi baxmaq düzgün deyil. Söhbәt hәm dә ölkәmizin tanınmasından, haqq sәsimizin beynәlxalq alәmә çatdırılmasından gedir. Müxtәlif ölkәlәrdәn gәlәn qonaqların ölkәmizin tәbiәti, xalqımızın mәdәdiyyәti, dövlәtimizin inkişafı haqda dolğun mәlumat әldә etmәsi Azәrbaycanın dünyada nüfuzunun artması üçün әsas rollardan birini oynaya bilәr.

 

Şahin Seymuroğlu

 











URL / WWW
http://kelam.az/news/a-7559.html