Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
26.01.16 09:21

Növbəti iki interaktiv nağıl işıq üzü gördü

Kompyuter Oyunları Milli Assosiasiyası (AzKOMA) Azərbaycan Gənclər Fondunun (AGF) dəstəyi ilə “Mədəni irs və müasir informasiya-kommunikasiya texnologiyaları: interaktiv nağıllar” layihəsini həyata keçirməyə davam edir. Məktəbəqədər dövrdə folklor nümunələrindən istifadənin uşaqların dünyagörüşünü, təfəkkürünü, yaddaşını genişləndirməsi, onların lüğət ehtiyatını zənginləşdirməsi,  nitqlərinin zəngin, səlis və obrazlı olmasına imkan yaratması nəzərə alınaraq, bugünlərdə layihə çərçivəsində növbəti iki xalq nağılı - "Yaxşılığa yaxşılıq" və "Tülkü  və hacıleylək" hazırlanaraq azyaşlıların istifadəsinə verilib. Həmin nağılların köməyilə balacalar kiçik yaşlarından etibarən müasir informasiya-kommunikasiya texnologiyalarından və müasir qacetlərdən istifadə etməyi öyrənməklə yanaşı, həm də Azərbaycan xalqının mədəni irsi ilə tanış olacaqlar.
Kompyuter Oyunları Milli Assosiasiyasının prezidenti Ramil Əliyevin sözlərinə görə, həmin interaktiv nağılların xüsusi vizual effekti dünyada geniş istifadə olunan və sensor ekran imkanını dəstəkləyən iOS və Android mobil platformalarına uyğunlaşdırılıb. Bununla da sözügedən nağıllar planşet kompyuter və smartfonlar da daxil olmaqla bütün müasir cihazlar üçün əlçatandır.
İnteraktiv nağılları izləyərkən ekran qarşısındakı əyləşmiş hər kəs özünü orada baş verən proseslərin iştirakçısı kimi hiss edəcək, onda maraq yaradan istənilən əşyaya toxuna və ekranda baş verənlərə birbaşa müdaxilə edə biləcək. İnteraktiv nağılları subtitrlərin köməyilə də izləmək mümkündür. 
Qeyd edək ki, azyaşlılarla yanaşı, böyüklərdə də maraq doğuran bu layihə uşaqların kompyuter sahəsində biliklərinin inkişaf etdirilməsinə, ümumi dünyagörüşlərinin genişləndirilməsinə, balacalarda erkən yaşlardan etibarən oxuma və yazma, məntiq və sərbəst düşünmə qabiliyyətini formalaşdırmağa yönəldilib. 
Hazırda "Yaxşılığa yaxşılıq" və "Tülkü  və hacıleylək"lə yanaşı, layihə çərçivəsində hazırlanmış bütün xalq nağıllarını yükləmək mümkündür. Belə ki, siz “Play Market” vasitəsilə (https://play.google.com) istədiyiniz nağılı və yaxud istehsalçının adını (AzKOMA) axtarışa verməklə axtardığınız nəticəni əldə edə bilərsiniz.

Birbaşa yükləmə linkləri:

https://play.google.com/store/apps/details?id=air.Yaxshiligayaxshilig - “Yaxşılığa yaxşılıq” nağılı;
https://play.google.com/store/apps/details?id=air.TulkuVeHacileylek - “Tülkü və hacıleylək” nağılı.
https://play.google.com/store/search?q=azkoma - digər nağıllar.
URL / WWW
http://kelam.az/news/a-7551.html