Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » İctimai Birlik bələdiyyələri maarifləndirir
25.08.15 17:20

“Aqro Tərəqqi” İctimai Birliyi AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İmişli və Füzuli bələdiyyələrinin üzvləri ilə görüşlər keçirib. İB-dən verilən məlumata görə, “Regionlarda bələdiyyə və gənclərin birgə əməkdaşlığı çərçivəsində əhaliyə göstərilən sosial xidmətin təşkili” layihəsi çərçivəsində keçirilən görüşlərdə bələdiyyələrdə gənclərin iştirakı, gənclərin bələdiyyə fəaliyyətinə maraq göstərməməsinin səbəbləri, gənclərin bələdiyyə qanunvericiliyindən nə dərəcədə xəbərdar olması, bələdiyyə iclaslarında gənclərin iştirakının təmin olunub-olunmaması, bələdiyyələrin gənclərə hesabat verib-verməməsi, gənclərin buna nə dərəcədə maraq göstərməsi, gənclərin bələdiyyələrin qərar vermə prosesində iştirakının təmin edilib - edilməməsi, bələdiyyələr tərəfindən gənclərin ehtiyaclarının öyrənilməsi üçün təşəbbüslərin hansı səviyyədə olması müzakirə edilib.“Aqro Tərəqqi” İctimai Birliyinin sədri Asəf Hacıyev bildirib ki, bələdiyyələr sosial xidmətin təşkilində vətəndaşa – gənclərə qarşı bir çox hallarda laqeydlik nümayiş etdirir: “Bu baxımdan gənclər yerli özünüidarə orqanlarının fəaliyyətini hər zaman diqqət mərkəzində tutmalı, bələdiyyələrin nə işlər gördüyünü, hansı xidmətləri qüsursuz yerinə yetirdiyini, hansı xidmətlərdə çatışmazlıqların olduğunu, hansı büdcə xərcləmələrinin nə məqsədlərlə xərcləndiyini, hansı mühüm məsələlərin həll edilmədiyini, xalqın problemlərindən hansılarının öncəlikli olduğunu, əhalinin sosial problemlərinin, iqtisadi və ekoloji problemlərinin hansı miqyasda olduğu və bu kimi məsələləri daima diqqətdə saxlamalıdırlar”. A.Hacıyev qeyd edib ki, layihənin əhatə etdiyi 10 bələdiyyənin (İmişli və Füzuli rayon bələdiyyələri üzrə) hər biri haqqında ətraflı məlumat toplanılıb: “Bələdiyyələrin hər birində gənclərin təmsilçilik səviyyəsi öyrənilib. Bələdiyyələrlə bağlı bütün informasiyalar yığılıb, onların şəffaflıq vəziyyəti araşdırılıb, gənclər tərəfindən daxil olan müraciətlərin mahiyyəti təhlil olunub. Bu araşdırmalar zamanı bələdiyyələrin fəaliyyəti dövründə bir sıra irəliləyişə və uğurlara imza atdıqları müəyyən olunub. Bu sahədə əsas nailiyyət yerli özünüidarəçilik sisteminin cəmiyyətdə idarəetmə strukturu kimi tanınması olub. Odur ki, artıq cəmiyyətin hər bir üzvündə mənasından asılı olmayaraq, bələdiyyələr haqqında bilgi formalaşıb. Ötən dövrün təhlili də göstərib ki, 10 il ərzində bələdiyyələr ərazilərində az da olsa konkret addım ata biliblər”. Ekspert Seymur Verdizadə qeyd edib ki, idarəedənlər qarşıda duran vəzifələrin xarakterindən, hər bir insanın özünəməxsus xüsusiyyətlərindən asılı olaraq, onlarla işgüzar əlaqə yaratmağı bacarmalıdırlar: “Başqa sözlə desək, bələdiyyə idarəçiliyində fəaliyyət göstərən hər bir gənc bilməlidir ki, onun seçiciləri, ərazi sakinləri onların dilindən qopan hər bir sözü, verdiyi hər bir vədi izləyir, nəticələrdən asılı olaraq fəaliyyətlərinə qiymət verirlər. Respublikamızda indi bu kimi sosial-psixoloji idarəetmə metodlarından daha geniş istifadə etməyə böyük ehtiyac vardır”. Tədbirin sonunda iştirakçılara “Bələdiyyə və Qanun” Toplusu paylanılıb.
URL / WWW
http://kelam.az/news/a-7550.html