Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
16.07.15 21:01

AZADINFORM.  Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)  Cəlilabad şəhərində “İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm elementidir” mövzusunda tədbir keçirib. “Yeni Gün” qəzetinin konfrans zalında keçirilən tədbirə Cənub bölgəsində mövcud olan yerli KİV-lərin  nümayəndələri, yerli internet fəalları və QHT-lərin  təmsilçiləri  qatılıblar.

Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm elementi kimi” adlı layihə çərçivəsində baş tutub. Layihənin icraçısı Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyidir (MİTD İB).

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki,  tədbirin keçirilməsində məqsəd internet üzərindən xəbər yayan informasiya istehsalçılarında və  ümumilikdə internet istifadəçilərində  yayılan informasiyalara görə yaranan hüquqi məsuliyyət barədə maarifləndirmə işi aparmaq olub: “İnternet üzərindən informasiya yayan vətəndaşlarda və qurumlarda yaydıqları informasiyalara görə daşıdıqları etik və hüquqi məsuliyyət barədə təsəvvür formalaşdırmaq günün vacib problemləri sırasındadır. Mingəçevirdə keçirdiyimiz tədbirdə internet üzərindən    informasiya yayan vətəndaşların  və qurumların  diqqət yetirməli olduqları nüanslar barədə müzakirələr keçirdik”.

Tədbirdə çıxış edən  Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, “Yeni Gün” qəzetinin baş redaktoru Böyükxan Bağırlı və digərləri internet üzərindən yayılan informasiyaların yaratdığı hüquqi məsuliyyət mövzusunda tədbirlərin xüsusən sərhədboyu bölgələrdə keçirilməsinə zərurət olduğunu bildiriblər.    

URL / WWW
http://kelam.az/news/a-7549.html