Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Bütün küsülü siyasətçilər barışın”- DADP sədrindən TƏKLİF
11.02.15 17:26

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov siyasətçiləri həmrəyliyə çağırıb. AZADİNFORM xəbər verir ki, DADP sədri bildirib ki, biz Dünya Azərbaycanlıları Konqresini (DAK) bütün dünya azərbaycanlılarının birliyinin və həmrəyliyinin simvolu olmağı hədəfləmiş təşkilat kimi tanıyırıq: "Ona görə də hesab edirəm ki, DAK-ın həmsədri, millət vəkili Sabir Rüstəmxanlının təşkilatdan uzaqlaşanları, küsülüləri təşkilatın 13-cü qurultayına dəvət etməsi çox gözəl addımdır. Mən bu addımı alqışlayıram". 
Ə.Hüseynov bildirib ki, bu təşəbbüsdən əslində nəinki DAK-çılar, həm də bütün küsülü siyasətçilər yararlanmalıdırlar: "Gənclərimiz bir çox siyasətçilərimizdən narazılıq edirlər. Axı niyə gənclərimiz siyasətçilərin siyasətlə deyil, xırda firqəçiliklə məşğul olduqlarını düşünməlidirlər? Medianın gündəmini siyasətçilərimizin çəkişmələri, didişmələri yox, proqnozları, şərhləri, müsahibələri, araşdırmaları və debatları zəbt etməlidir. Bir-birinin bostanına daş atmaq, millətin, xalqın ziyanına olan fikirlərlə özünə reytinq qazanmaq, məncə, siyasətçiyə yaraşmaz. Siyasətbazlıq siyasətçiləri cılızlaşdırır. Doğrudur, siyasət meydanı mövqe, fikir fərqindən dolayı siyasətçiləri tez-tez qarşı-qarşıya qoyur, lakin bu, yenə də təhqirə yol vermək və küsdürüb düşmən etmək üçün səbəb deyil. Siyasətçilərimiz böyük siyasəti saxlayıb, cılız məsələlərdə ləngiməməlidirlər”.
URL / WWW
http://kelam.az/news/a-7540.html