Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Astarada Bakı bulvarına rəqib olan park-bulvar salınır
03.11.14 23:00

Astara şəhərində, Xəzər dənizinin sahilində növbəti möhtəşəm layihə həyata keçirilir. 

KəlamİNFOxəbər verir ki, Astarada gözəlliyinə görə Bakı bulvarı ilə rəqabət apara biləcək park-bulvar salınır. 
Park-bulvarın tikintisinə 2014-cü ilin aprel ayında başlanılıb. Səkkiz hektar bataqlıq sahədə salınan park-bulvarın tikintisi üçün 250 min kub metrə yaxın torpaq daşınıb, sahilboyu 650 metr məsafədə mühafizə bəndi, gəzinti yeri, istirahət meydanı dəmir beton konstruksiya ilə betonlanıb. Bulvarda 7000 kv metr travertin materialı düzülüb, sahil boyu paslanmayan borudan 600 metr məhəccər qurulub, müasir işıqlandırılma sistemi quraşdırılıb. 150-dən çox xançinar, dəmir ağac, palıd və müxtəlif növ dekorativ ağaclar əkilib, suvarma sistemi qurulub və 600 kv metrlik fəvvarə tikilib. Hazırda 2 ədəd şəlalənin tikintisi, uşaqların əylənməsi üçün müxtəlif  attraksionların quraşdırılması işləri aparılır.  
Bulvar ərazisində 1550 m2 ölçüdə əyləncə mərkəzinin, çay evi və kafenin, çimərlik futbolu, çimərlik voleybolu və açıq fitnes meydançalarının yaradılması nəzərdə tutulub.  Bundan əlavə, rayona gələn turistlərin və qonaqların istirahətini təmin etmək üçün bulvara yaxın ərazidə olan mövcud bina yenidən qurularaq 3 mərtəbəli hotel inşa edilib. Eyni zamanda hotelin yaxınlığında 12 ədəd 2 mərtəbəli kottec də tikilir.


URL / WWW
http://kelam.az/news/a-7536.html