Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Gənclər üçün İKT üzrə terminlər lüğəti hazırlanır
03.08.13 17:41

“Uşaq və Gənclərin İnformasiya Texnologiyaları sahəsində Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə yeni layihə həyata keçirir. Həmin layihə informasiya-kommunikasiya texnologiyaları (İKT) terminlərindən ibarət Azərbaycan dilində lüğətin hazırlanmasını nəzərə tutur.  Qeyd edək ki, ölkə prezidenti İlham Əliyev tərəfindən 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Azərbaycanda keçirilən çoxsaylı tədbirlərdən biri olan bu layihə Fond tərəfindən təşkil olunmuş ikinci qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilir.
Maarifləndirici xarakter daşıyan sözügedən layihə çərçivəsində informasiya-kommunikasiya texnologiyaları üzrə terminlərdən ibarət Azərbaycan dilində ixtisaslaşdırılmış lüğət yaradılacaq.
Belə bir lüğətin hazırlanmasında əsas məqsəd gəncləri İKT sahəsində maarifləndirməkdir. Bu yeni nəşr ilk növbədə bu sahədə fəaliyyət göstərən fəal gənclərə, yuxarı sinif şagirdlərinə, tələbə və gənc jurnalistlərə yardımçı olacaq. Terminlər toplusu İnternet şəbəkəsində kommunikasiya, şəbəkə təhlükəsizliyi, kompyuterlərin və proqram təminatının yaradılması kimi mövzuları əhatə edəcək.
Kompyuter, smartfon və digər müasir texnika növlərinin geniş yayılmasını nəzərə alaraq, sözügedən lüğətin elektron versiyası də hazırlanacaq. Bu isə onun istifadəsini daha asan və əlçatan edəcək.
URL / WWW
http://kelam.az/news/a-7507.html