Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Daha bir partiya İlham Əliyevin namizədliyini dəstəklədi
04.08.13 05:25

Bu gün Ana Vətən Partiyasının (AVP) VI qurultayı keçirilib. Modern.az-ın məlumatına görə, qurultayda AVP prezident İlham Əliyevin namizədliyi dəstəklədiyini elan edib. Partiya müraciətində Azərbaycan xalqını İlham Əliyevə səs verməyə çağırıb.
"AVP cəmiyyətin ictimai-siyasi həyatında 20 ildən çox aktiv iştirak edən siyasi təşkilat kimi dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, onun qorunub saxlanması və inkişaf etdirilməsində öz yerini, rolunu və məsuliyyətini dərindən dərk edərək bildirir ki, son on ildə dövlətimiz bir çox möhtəşəm uğurlara imza atıb. Əhalinin yaşam tərzi yaxılaşmış və cəmiyyətin həyatında bi çox müsbət dəyişikliklər baş verib.

Əminik ki, çağrışımıza qədirbilən Azərbaycan xalqı yekdilliklə səs verəcək və İlham Əliyevi biz yenidən respublika prezidenti seçməklə qarşıda duran bir sıra milli problemlərimizin həllina nail ola biləcəyik. Bu uğurlu yolda birinci addım düzgün seçim etməkdir. Əziz soydaşlar, bir daha sizi gələcək uğurlarımızın qarantı olan İlham Əliyevə səs verməyə çağırırıq".


Qarşıdan əlamətdar bir gün gəlir. Prezident seçkilər hər bir azərbaycanlı, o cümlədən AVP-nın hər bir üzvü üçün strateji əhəmiyyət kəsb edən taleyüklü ictimai-siyasi hasdisədir. 
URL / WWW
http://kelam.az/news/a-7505.html