Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » İranın yeni prezidenti rəsmən fəaliyyətə başladı
04.08.13 05:23

Avqustun 3-də İranın ali dini lideri Xamneyi ölkənin yeni seçilmiş prezidenti Həsən Ruhanini  bu ölkənin prezidenti postuna təsdiqləyib. Bununla da yeni prezident vəzifəsinin icrasına başlayıb. Qapalı keçirilən tədbirdə sabiq prezident Mahmud Əhmədinejad da iştirak edib.
Yeni prezidentin təntənəli andiçmə mərasimi avqustun 4-də keçiriləcək.
Tədbirdə 52 ölkə, BMT və bəzi beynəlxalq təşkilatlardan 55 fəxri qonaq iştirak edəcək. Mərasimə 11 prezident, 8 vitse-prezident, 2 baş nazir, 3 baş nazir müavini, 11 xarici işlər naziri, 7 parlament spikeri və 12 nazir qatılacaq. Azərbaycanı İran prezidentinin andiçmə mərasimində Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək.
URL / WWW
http://kelam.az/news/a-7504.html