Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Füzulinin İcra Başçısı növbəti səyyar qəbullar keçirib
04.08.13 05:13

Füzuli rayon İcra Başçısı Alı Alıyev rayonun Beyləqan şəhərində növbəti səyyar qəbul keçirib. Görüşdə çıxış edən İcra Başçısı bildirib ki, bu tipli görüşlər mütamadi olaraq keçiriləcək. Tədbirdə sakinlərlə yerində görüşülməsinin əhəmiyyət və faydalarından danışılıb.
Sonra Beyləqanda məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkünlərin müraciətləri dinlənilib. Səyyar qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan məslələrin əksəriyyəti İcra başçısının göstərişi ilə yerli təşkilatlarla əlaqə saxlanılaraq yerindəcə həll edilib, digər qaldırılmış məsələlər həll edilmək üçün nəzarətə götürülüb.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı bu gün  rayonun Araz – Dilağarda kəndində səyyar qəbul keçirərək sakinlərlə görüşüb və onların müraciətləri dinlənilib və qaldırılmış məsələlərin həlli istiqamətində müvafiq orqan və strukturlara tapşırıqlar verilib.
Daha sonra İcra başçısı rayon ərazisində görülmüş işlər qarşıda duran vəzifələr barədə danışıb və Horadiz şəhərində işğal vaxtı dağıdılmış evlərin əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilməsi üçün tikinti işlərini sürətlə davam etdirilməsi  barədə  məlumat verib.
Görüşün sonunda kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
URL / WWW
http://kelam.az/news/a-7502.html