Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Tibb İşçilərinin Vahid Registri yaradılıb
04.08.13 05:13

Səhiyyə Nazirliyi tərəfindən Tibb İşçilərinin Vahid Registri yaradılıb. Nazirlikdən APA-ya verilən xəbərə görə, Vahid Elektron Registr vasitəsilə Səhiyyə Nazirliyinə birbaşa və bilavasitə tabe olan tibb müəssisələrinin tibb işçi heyəti (həkim və orta tibb işçiləri) vahid bazada toplanıb. Registrdə tibb işçiləri - həkim və orta tibb işçilərinə görə ayrılıb.
Daxil edilən məlumatlara müəssisədə mövcud olan ştat vahidləri, həmin ştat vahidlərindən rüblük çıxarış, tibb işçisinin şəxsi məlumatları, təhsili haqqında məlumatlar, iş təcrübəsi (həmçinin daxil edilən müəssisədə iş fəaliyyəti), bu vaxta qədər keçdiyi kursları və sertifikatları, bildiyi dilləri qeyd olunur. Həmçinin kadrların şəxsi uçot vərəqəsini də buradan çap etmək olar.
URL / WWW
http://kelam.az/news/a-7501.html