Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ağstafada ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi qeyd edilib
07.05.13 22:16

AZADİNFORM. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə Ağstafa rayonunda geniş tədbir keçirilib. “Azadinform” xəbər verir ki, ulu öndərin 90 illik yubileyi münasibəti ilə “Aşıq sənəti festivalı” təşkil edilib. 
Tədbir iştirakçıları ilk öncə S.Vurğun adına parkda milli ornamentlərlə ucaldılmış Saz abidəsinin açılışını edib. Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək ulu öndərimiz Heydər Əliyevin milli mənəvi və maddi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərindən danışıb. 
Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, Azərbaycanın xalq artisti Canəli Əkbərov və digər çıxış edənlər də Heydər Əliyevin mədəniyyətimizin və incəsənətimizin yüksəlişindəki danılmaz xidmətlərini qeyd ediblər. 
Abidə ətrafında yerli və qonaq aşıqların ifası dinlənilib. 
Daha sonra Heydər Əliyev prospekti boyu xalq gəzintisi olub. Şəhər 1 saylı orta məktəbin şagirdlərinin bədii qiraəti, musiqi məktəbinin muğam ifaçılarının çıxışı, azyaşlı aşıqların çalıb oxuması, məktəblilərin əl işlərinin sərgisi, gənc idmançıların çıxışları, bədii özfəaliyyət ansamlının ifası və digər musiqi nömrələri iştirakçıların qəlbini oxşayıb.
Tədbir Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsi önünə gül-çiçək dəstləri qoymaqla davam etdirilib. Daha sonra Mərkəzin geniş zalında Azərbaycanın tanınmış saz və musiqi ifaçılarının iştirakı ilə böyük konsert olub.
URL / WWW
http://kelam.az/news/a-7479.html