Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Dünya müsəlmanları birlik və fərqlilik” adlı hesabat təqdim edilib
06.05.13 20:55

Pyu Research senter tədqiqat mərkəzi keçirdiyi sorğunun nəticəsi olaraq “Dünya müsəlmanları birlik və fərqlilik” adlı hesabat təqdim edib. Sorğuda dünyanın 39 ölkəsindən 38 min müsəlman iştirak edib. Tədqiqatın nəticələrinə görə bu insanların çoxu öz dinlərinə ürəkdən inanır. Onlar islamın öyrənilməsinin yalnız öz həyatlarına deyil həm də cəmiyyətin həyatına, həmçinin siyasətə təsir etməsinə çalışırlar. Maraqlıdır ki, rəyi soruşulanların heç biri İslamın yeganə, dominant din olması iddiasını irəli sürməyib. Amma onlar İslamın yeganə əsl din olduğuna inanırlar. Sorğu hətta şəriət qaydalarının üstün olduğu ölkələrdə də digər dinlərə hörmət edildiyini ortaya çixarıb. Məsələn, Pakistanda rəyi soruşulanların 4/3-ü hesab edir ki, başqa dinlərin nümayəndələri sərbəst şəkildə ibadət etməlidirlər, əhalinin çoxu bunu ölkənin nüfuzu üçün vacib sayır. Dünyanın bütün ölkələrində rəyi soruşulan müsəlmanların əksəriyyəti terror aktlarına qarşı çıxıb.
URL / WWW
http://kelam.az/news/a-7478.html