Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ayətullah Şəbüstəri növbəti dəfə Azərbaycana bəzi ismarıclar ünvanlayıb
27.04.13 23:24

İranın dini liderinin rəsmi nümayəndəsi, Ayətullah Şəbüstəri növbəti dəfə Azərbaycana bəzi ismarıclar ünvanlayıb. Şəbüstəri yenidən rəsmi Bakını İslam dininə zidd siyasət yürütməkdə suçlayıb.
“İslam Peyğəmbərinin (s.) əziz qızının həyatından örnək götürməli ən önəmli məsələ İslam mədəniyyətində hicaba əhəmiyyət verilməsidir. Heyf ki, bu günləri bəzi İslam ölkələrində, o cümlədən Azərbaycan Respublikasında buna əhəmiyyət verilməməsindən əlavə, dövlətin bu zəruri məsələ ilə mübarizə aparmasının şahidiyik”, – deyə Ayətulah Şəbüstəri vurğulayıb.

Təbrizin İmam-Cüməsi dövlətimizin İsrail və ABŞ-la siyasi əməkdaşlığını qısqanclıqla qarşılayaraq bunları deyib: “Hazırda bu ölkədə hicab qadağasına etiraz etməsinə görə həbsə alınanların sayı 200-ə çatır. Bu, İslam ölkəsinə yaraşmır".

Şəbüstəri Milli Məclisdə millət vəkili Siyavuş Novruzovun düzgün anlaşılmayan fikirlərini də şərh edib. "Belə hərəkətlər müsəlmanların duyğularını yaralayır". O, Azərbaycan dövlətinin öz islamofobiya siyasətlərinə son qoyacağına ümid etdiyini bildirib.
URL / WWW
http://kelam.az/news/a-7472.html