Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » BMK-a “QHT-lər üçün informasiya xidmətinin göstərilməsi təşəbbüslərinə dəstək” adlı layihənin icrasına başlayıb
24.04.13 16:45

Beynəlxalq Mətbuat Klubu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə  “QHT-lər üçün informasiya xidmətinin göstərilməsi təşəbbüslərinə dəstək” adlı layihənin icrasına başlayıb. 
Layihənin məqsədi paytaxt və region QHT-lərinin mətbuatla əlaqələrini daha da genişləndirmək, onları müntəzəm KİV-in monitorinqi ilə təmin etmək, medianın diqqətini onların fəaliyyətinə yönəltməyə çalışmaq, mətbuatla işin qurulmasına dair tövsiyələr təqdim etməkdir. 
Layihənin icrası çərçivəsində region QHT-lərinin mətbuatla mütəmadi tanış olması təmin ediləcək, onların media ilə təmaslarını intensivləşdiriləcək, medianın diqqəti QHT-lərin fəaliyyətinə yönəldiləcək, ictimaiyyətlə əlaqələrin qurulması sahəsində problemlərin aradan qaldırılmasına səy göstəriləcək.  
Layihə  paytaxt və region QHT-ləri, bütün təbəqədən olan ictimai aktivlərə, KİV-ə ünvanlanıb. Layihənin icrası zamanı paytaxt və region QHT-ləri mətbuata çıxışla öz fəaliyyətlərini təbliğ etmək imkanı qazanacaqlar. 
Layihənin icra müddəti 4 aydır.
URL / WWW
http://kelam.az/news/a-7470.html