Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Mətbuat Şurasında Venesiya Komissiyasının ekspert heyəti ilə görüş olub
11.04.13 20:28

Bu gün Azərbaycan Mətbuat Şurasında Avropa Şurası Venesiya Komissiyasının ölkəmizdə səfərdə olan təmsilçiləri və ekspert heyəti ilə görüş keçirilib. “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin iştirak etdiyi görüşdə diffamasiya mövzusu müzakirə edilib. MŞ sədri Əflatun Amaşov öncə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. 
O bildirib ki, əsas missiya media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsinə yönələn Mətbuat Şurası təkcə müxtəlif vətəndaş qruplarının təşkilata ünvanladıqları şikayətləri araşdırmır, eyni zamanda, media ilə əlaqədar təkliflər irəli sürür, tematik toplantılar gerçəkləşdirir: “Mətbuat Şurası diffamasiya məsələsini həmişə gündəmdə saxlayıb. 2010-cu ildən isə mövcud istiqamətdəki fəaliyyəti sistemli şəkil alıb. Həmin il ATƏT-in Bakı Ofisinin ekspert dəstəyi ilə diffamasiya ilə bağlı qanun layihəsinin hazırlanmasına başlanılıb. Layihə üzərində ilyarımdan artıq müddətdə iş aparılıb və sənəd media ictimaiyyətinin müzakirəsinə təqdim olunub. Qanun layihəsi ətrafında çoxsaylı müzakirələr, hətta iki beynəlxalq konfrans da düzənlənib”. 
Avropalı qonaqlar qanun layihəsi ilə bağlı bir sıra fikirlərini bölüşüblər. Onların sualları cavablandırılıb. Qarşılıqlı müzakirələr şəraitində keçən görüşdə diffamasiya ilə əlaqədar beynəlxalq təcrübənin müxtəlif maraqlı aspektləri nəzərdən keçirilib.

URL / WWW
http://kelam.az/news/a-7466.html