Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » ETSN 17 iş üzrə 28 900 manat məbləğində cərimə tətbiq edib
03.04.13 17:53

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 100 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 29 müddətli məcburi göstəriş verilib. 
Ümumilikdə, 17 iş üzrə 28900 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 28 iş üzrə 5511,78 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 116 iş üzrə 13826,96 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 5, icra qruplarına 18, məhkəmələrə isə 1 iş göndərilib. 

URL / WWW
http://kelam.az/news/a-7459.html