Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Şahdəniz” konsorsiumu qaz nəqli üçün yekun təklifləri qiymətləndirməyə başlayır
01.04.13 21:52

“Şahdəniz” konsorsiumu Mərhələ-2 qazının Avropaya nəqli üçün Nabukko Qaz Boru Kəməri (Nabucco Gas Pipeline International) və Trans Adriatik Boru Kəməri (TAP) layihələrindən aldığı yekun təklifləri qiymətləndirməyə başlayıb. ARDNŞ və “Şahdəniz” yatağının işlənilməsi layihəsinin operatoru BP-Azərbaycan şirkətinin yaydıqları press-relizdə bildirilir ki, təqdim olunmuş sənədlər konsorsiuma imkan verir ki, hər bir nəql variantı üzrə yekun qiymətləndirmə aparsın və tam məlumat əsasında Avropaya ixracın üstün marşrutu haqqında qərar versin. Avropa boru xətti üzrə yekun qərarın bu ilin iyun ayının sonunadək veriləcəyi gözlənilir. 
Nəql təkliflərinə Nabukko Uest və TAP layihələrinin texniki, inzibati-nəzarət, maliyyə və digər aspektlərinə dair əsaslı məlumatlar daxildir. Konsorsium bununla müfəssəl dəyərləndirmə mərhələsinə daxil olur və bu mərhələdə təkliflər əvvəlcədən ictimaiyyətə açıqlanmış seçim meyarları əsasında qiymətləndiriləcək. Həmin meyarlar bunlardır: kommersiya, layihənin həyata keçmə mümkünlüyü, maliyyə baxımından mümkünlüyü, mühəndis-layihə işləri, uyğunluq və şəffaflıq, təhlükəsiz və səmərəli istismar, mərhələlərlə genişləndirilmənin mümkünlüyü və strateji mülahizələr. Dəyərləndirmə mərhələsində həmin şirkətlərin hər biri ilə aydınlaşdırma görüşləri də keçiriləcək. Təqdim olunmuş nəql təkliflərinin 2013-cü il aprelin sonunadək hüquqi öhdəliyə malik olacağı gözlənilir. “Şahdəniz” konsorsiumu həmçinin növbəti ay ərzində Avropadakı potensial qaz alıcılarından hüquqi öhdəlik yaradan qaz satışı təklifləri alacağını da gözləyir. 
“Şahdəniz” yatağının işlənilməsi üzrə Mərhələ-2 layihəsi “Cənub qaz dəhlizi”ni açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. Layihə çərçivəsində Mərhələ-1-dən olan ildə təqribən 9 milyard kubmetr qaza ildə 16 milyard kubmetr qaz hasilatı əlavə ediləcəyi gözlənilir.
URL / WWW
http://kelam.az/news/a-7457.html