Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Qubada tarixçi və arxeoloqlarının iştirakı ilə Beynəlxalq konfrans keçiriləcək
28.03.13 20:33

Sabah Qubadakı Heydər Əliyev Mərkəzində 14 xarici ölkənin tarixçi və arxeoloqlarının iştirakı ilə “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda Beynəlxalq konfrans keçiriləcək.  
AMEA-nın  A.Bakıxanov adına Tarix İnstitutu və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə Almaniya, Rusiya, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Ukrayna, Gürcüstan, Bolqarıstan, Misir, Rumıniya və digər ölkələrdən tarixçi alimlər iştirak edəcəklər.
Konfransın açılışından əvvəl qonaqlarla birgə Quba kütləvi soyqırımı məzarlığının ziyarət olunması nəzərdə tutulub.
Beynəlxalq konfransda ümumilikdə 40-dan çox alim və tədqiqatçının “Azərbaycan və türk xalqlarına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda məruzələrlə çıxış etməsi gözlənilir.
Konfrans öz işini “Qafqaz Birinci Dünya müharibəsi illərində”, “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı”, “Şərqi Anadoluda soyqırımı” bölmələri üzrə davam etdirəcək.
URL / WWW
http://kelam.az/news/a-7456.html