Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » İstanbulda XVI Avrasiya İqtisadi Zirvə toplantısı keçiriləcək
28.03.13 20:25

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə aprelin 9-11-də İstanbulda XVI Avrasiya İqtisadi Zirvə toplantısı keçiriləcək. Dünyanın 42 ölkəsindən 5 dövlət başçısı, 4 parlament sədri, 1 baş nazir, 22 nazir, iş adamları və media nümayəndələrinin iştirak edəcəyi toplantıda Azərbaycanı geniş tərkibli nümayəndə heyəti təmsil edəcək. 
Vəqfin sədri, professor Akkan Suver AzərTAc-a bildirib ki, hər il olduğu kimi, bu il də Azərbaycan XVI Avrasiya İqtisadi Zirvə toplantısının ən fəal iştirakçısı olacaqdır. Zirvə toplantısının “Genişləndirilmiş Xəzər və Qara dəniz bölgələri: problemlər və onların həlli” bölməsində Azərbaycan Milli Məclisinin vitse-spikeri Valeh Ələsgərov, sənaye və energetika naziri Natiq Əliyev, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın çıxış etməsi planlaşdırılır.
Azərbaycanın təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da türkiyəli və digər ölkələrdən dəvət edilmiş həmkarları ilə Zirvə toplantısının Avrasiyada elm və təhsil, informasiya-kommunikasiya texnologiyalarının rolu mövzularında bölmələrində çıxış edəcəklər.
XVI Avrasiya İqtisadi Zirvə toplantısından əvvəl keçirilmiş hazırlıq toplantısında da müzakirə olunacaq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/news/a-7455.html