Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycan ilə Texas ştatı arasında iqtisadi əməkdaşlığa həsr olunmuş iki qətnamə qəbul edilib
07.03.13 20:23

ARDNŞ nümayəndələri Texas ştatının Konqresində olublar.  ARDNŞ-in vitse-prezidenti Xalik Məmmədov, ARDNŞ-in ABŞ-dakı nümayəndəliyinin başçısı Rauf Məmmədov, habelə Hyustonda Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbəri İradə Axundova Texas ştatının Nümayəndələr Palatasının və Senatının iclasında iştirak ediblər. 
İclasda Azərbaycan ilə Texas ştatı arasında iqtisadi əməkdaşlığa həsr olunmuş HR 707 və SR 374 nömrəli qətnamələr qəbul edilib. Sənədlərdə tərəflərin energetika sahəsində sıx əməkdaşlığı alqışlanıb, ARDNŞ-in ABŞ-dakı fəaliyyəti vurğulanıb.
Xatırladaq ki, ARDNŞ-in ABŞ-dakı nümayəndəliyi ötən ilin sonunda açılıb.

URL / WWW
http://kelam.az/news/a-7442.html