Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Marsey” İdman Klubunun idmançıları iki medal qazanıb
04.03.13 17:23

Ümumrusiya Azərbaycanlılar Konqresi Moskva vilayəti Dmitrov rayon üzrə təşkilatın sədri, “MARSEY” firmasının rəhbəri Seyran Hüseynovun rəhbərlik etdiyi “Marsey” İdman Klubunun idmançıları  Puskov şəhərində MMA üzrə beynəlxalq çempionatda 77, 84 çəki dərəcəsində bir daha güclərini sınayıblar. Moskvada nəşr olunan “Vətən çağırır” qəzetinin baş redaktoru Gülsüm Adilqızı bildirib ki, yarışda iki həmyerlimiz  - Kamal Maqamedov və Maarifcan Qulamov rəqibləri ilə bir daha qarşılaşıblar. K.Maqamedov rəqibinə qalib gələrək qızıl medala layiq görülüb, M.Qulamov isə ikinci yerlə kifayətlənib.  
İdmançılarımızı qarşıda daha böyük çempionatlar gözləyir. Belə ki, aprelin 4-dən 8-nə qədər keçiriləcək Moldova çempionatı və iyunun 4-dən 8-nə qədər İtaliyada təşkil olunacaq çempionatlarda idmançılarımız da iştirak edəcək.  
Qeyd edək ki, komanda Moskvada və Rusiyanın başqa şəhərlərində, eləcə də Avropanın bir sıra ölkələrində keçirilən beynəlxalq miqyaslı yarışlarda xeyli sayda qızıl, gümüş və bürünc medalların sahibidir. Komanda artıq iki ildir fəaliyyət göstərir. Bu müddət ərzində 7 Rusiya çempionu, 3 Avropa çempionu adına layiq görülüblər. Ümumiyyətlə, komandada gümüş və bürünc medal alanların sayı daha çoxdur. Komandada bir çox millətlərin nümayəndələri fəaliyyət göstərir.  “MARSEY” İdman Klubunun “BUDO” döyüş növləri komandasının məşqçisi beynəlxalq idman ustası, 5-ci Dan qara kəmər ustası Əhməd Rüstəmovur.
URL / WWW
http://kelam.az/news/a-7438.html