Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ziyafət Əsgərov Çində görüşlər keçirir
28.02.13 21:14

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti Çin Xalq Respublikası (ÇXR) Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir. Nümayəndə heyətinə deputatlardan Siyavuş Novruzov, Əliağa Hüseynov, Rauf Əliyev və Əli Məsimli daxildirlər.
Nümayəndə heyətinin ÇXR Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədri Cia Çinqlin ilə görüşündə Azərbaycan ilə Çin arasında qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyətinin Çin Xalq Respublikası Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini Bay Liçen ilə görüşündə də iki ölkə arasında əlaqələrin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Ötən il Azərbaycana səfərinə və göstərilmiş qonaqpərvərliyə görə təşəkkür edən Bay Liçen ölkəmizdə müşahidə etdiyi inkişafın onda xoş təəssürat oyatdığını bildirib.
Çin tərəfinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun həlli istiqamətində Azərbaycan tərəfinin yürütdüyü siyasət barədə məlumat verilib.

URL / WWW
http://kelam.az/news/a-7437.html