Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Türkiyəyə gələn turistlərin sayı 18 milyon 727 min 495 nəfər artıb
28.02.13 21:13

Türkiyəyə gələn turistlərin sayı son 10 ildə yüzdə 144,8 artıb. 2002-ci ildə Türkiyəyə gələn turistlərin sayı 12 milyon 927 min 693 olduğu halda, bu rəqəm keçən il 31 milyon 655 min 188-ə çıxıb.  10 ildə Türkiyəyə gələn turistlərin sayı 18 milyon 727 min 495 nəfər artıb.
İraqdan Türkiyəyə gələn turist sayı son 10 ildə yüzdə 3 min 418,1 artıb. İraqı yüzdə min 507,7 ilə Qatar, yüzdə 975,7 ilə Braziliya, yüzdə 914,1 ilə də Argentina təqib edir.
Rusiyadan gələn turistlərin sayı son 10 ildə 2 milyon 676 min 713 nəfər artıb. 10 ildə Rusiyadan Türkiyəyə gələn turist sayındakı artım, hal-hazırda 2012-ci ildə Amerika və Afrika qitələrindən Türkiyəyə gələn turist sayından çox olaraq reallaşıb.
Rusiyanı turist sayı artımında 1 milyon 473 min 478 adam ilə Almaniya, 1 milyon 453 min 961 adam ilə də İngiltərə gedir. 
Türkiyəyə gələn turistin azaldığı tək ölkə İsrail olub. İsraildən Türkiyəyə gələn turist sayı yüzdə 67,6 azalıb. Belə ki, İsraildən gələn turist sayı 2002-ci ildə 259 min 466 adam olduğu halda, bu rəqəm 2012-ci ildə 83 min 837 adama düşüb və azalan turist sayı 175 min 629 adam olaraq reallaşıb.
Avropadan gələn turist sayı 10 ildə 8,7 milyon nəfər artıb. MDB ölkələri yüzdə 293,7 ilə Afrika ölkələrini təqib edir. 2002-ci ildə Afrikadan gələn turist sayı 178 min 82 nəfər olub.  

URL / WWW
http://kelam.az/news/a-7436.html