Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Fransa mətbuatı Milli Assambleyada döyülən iki azərbaycanlıdan yazdı
28.02.13 21:11

Milli Assambleyada erməni icması və onun bir qrup fransız havadarı tərəfindən keçirilən yığıncaqda “Sumqayıt hadisələri”ndə “həlak” olan ermənilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi zamanı buna etiraz bildirən və eyni zamanda, Xocalı faciəsi qurbanlarının da xatirəsinin yad edilməsi tələbini irəli sürən iki azərbaycanlının vəhşicəsində döyülməsi fransız mətbatının diqqətindən yayınmayıb. Ölkənin ən nüfuzlu “Le Fiqaro”, “Le Monde” və digər qəzetlərinin səhifələrində, habelə aparıcı Frans Press Agentliyinin saytında bu hadisə barədə geniş məlumat verilib.
“Le Fiqaro” qəzetinin “Ermənistan: Milli Assambleyada toqquşma” sərlövhəli yazısının əvvəlində Milli Assambleyada yığıncaq keçirən ermənilərlə iki azərbaycanlı arasında baş verən hadisəyə Azərbaycanın Fransadakı səfirinin dərhal münasibət bildirməsi diqqət çəkir.
“Le Monde” qəzetinin “Milli Assambleyada ermənilərlə iki azərbaycanlı arasında vuruşma” başlıqlı yazıda da iki azərbaycanlının ermənilərin qəzəbinə tuş gəlməsi və onlar hər iki azərbaycanlıya hücum edərək müxtəlif bədən xəsarəti yetirmələri barədə səfir Elçin Əmirbəyovun fikirlərinə istinad olunur.
Senator Natali Qulenin və parlamentin altı üzvünün imzası ilə bu hadisəni pisləyən bəyanatla çıxış etməsi barədə də məqalədə məlumat verilib.

URL / WWW
http://kelam.az/news/a-7434.html