Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » ARDNŞ Gürcüstan büdcəsinə 165 346 468 dollar məbləğində vəsait ödəyib
01.02.13 19:39

2012-ci il ərzində ARDNŞ Gürcüstanda həyata keçirdiyi layihələr çərçivəsində mühüm nailiyyətlər qazanıb. Ötən il Şirkətin qonşu respublikada fəaliyyət göstərən törəmə müəssisələri üçün uğurlu olub. Gürcüstan bazarına 383 440 ton neft məhsulu idxal edilib ki, bunun da 328 435 tonu Azərbaycan mənşəli məhsulların payına düşür. 
2012-ci ildə “SOCAR” brendi ilə fəaliyyət göstərən 8 yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib, bununla da həmin məntəqələrin sayı 100-ə çatdırılıb. Neft məhsullarının satışı ilə məşğul olan “SOCAR Georgia Petroleum” MMC tərəfindən 2006-2012-ci illərdə Gürcüstanda ümumilikdə 149700000 dollar məbləğində investisiya yatırımı həyata keçirilib. Gürcüstan Hökuməti ilə ARDNŞ arasında imzalanmış müqaviləyə əsasən, “SOCAR Gas Export-Import” MMC vasitəsilə 2012-ci il ərzində Gürcüstan bazarına 1394869000 kubmetr təbii qaz idxal olunub. 
Gürcüstanın təbii qazla təminatında mühüm rol oynayan “SOCAR Georgia Gaz” MMC də qonşu ölkənin qaz bazarında uğurla fəaliyyət göstərir. Törəmə müəssisə 176780 abonentə xidmət göstərir. Müəssisə 2012-ci ildə Gürcüstanda 1430 km uzunluğunda yeni qaz xətləri çəkib, nəticədə 39500 abonent təbii qazla təmin olunub. Ümumiyyətlə, indiyə kimi MMC tərəfindən çəkilən qaz xətlərinin uzunluğu 2790 km təşkil edir. “SOCAR Georgia Gas” MMC vasitəsilə ötən il Gürcüstan bazarına 532588000 kubmetr təbii qaz idxal olunub. Bundan başqa, ARDNŞ ötən il “İTERA” MMC-nin Gürcüstanda fəaliyyət göstərən “İTERA Georgia” Açıq Tipli Səhmdar Cəmiyyətinə məxsus səhmləri alaraq, Tbilisidən başqa Gürcüstanın bütün bölgələrinin qazla təminatını nəzarətə götürüb. 
2012-ci ildə “SOCAR Georgia” holdinqinə məxsus şirkətlər tərəfindən Gürcüstanın dövlət büdcəsinə bütün növ vergi tutulmaları tam həə ödənilib. Belə ki, ötən il ARDNŞ-nin Gürcüstandakı törəmə müəssisələri qonşu ölkənin büdcəsinə 269 514 743 ları (təxminən 165 346 468 dollar) məbləğində vəsait ödəyib. 
ARDNŞ-nin Gürcüstan Nümayəndəliyinin xətti ilə geniş sosial yönümlü layihələr də icra olunub. Ötən ilin sentyabr ayında Tbilisidə nümayəndəliyin yeddimərtəbəli inzibatı binası istifadəyə verilib. Şirkətin xaricdəki ən böyük ofisi olan bu binada “SOCAR Georgia” Holdinqinə daxil olan bütün şirkətlər üçün əlverişli iş şəraiti yaradılmışdır. Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda “Çay Evi” də müasir dizaynda tikilərək istifadəyə verilib. 
Bundan başqa, 2012-ci ildə tələbə və təqaüd proqramı çərçivəsində Gürcüstanın ali təhsil müəssisələrində təhsil alan 447 gəncin illik təhsil haqqı ödənilib, təhsilində fərqlənən 205 tələbəyə isə təqaüdlər verilib. Tibbi xidmətə və əməliyyatlara ehtiyacı olan 72 ailəyə maddi yardım edilib. Azərbaycanlıların sıx məskunlaşdığı rayonlarda tikinti-abadlıq işləri həyata keçirilib, məktəb binaları təmir edilib, yollar salınıb, körpülər tikilib. İdmana dəstək məqsədilə Gürcüstan Şahmat Federasiyası və Gürcüstan Futbol Federasiyasına sponsorluq dəstəyi davam etdirilir.
URL / WWW
http://kelam.az/news/a-7417.html