Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “5 polyak memarın 15 Bakı binası” kitab-albomu çıxdı
29.01.13 21:59

Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə Azərbaycan nümayəndə heyətinin yanvarın 30-dan fevralın 3-dək gerçəkləşəcək Polşa səfəri ərəfəsində yeni kitab-albom işıq üzü görüb. Elxan Süleymanovun fərdi saytı tərəfindən hazırlanmış nəfis tərtibatlı “5 polyak memarın 15 Bakı binası” kitab-albomu Azərbaycan, polyak və ingilis dillərindədir.  
Kitabda 1893-1913-cü illərdə görkəmli polyak memarların – Yuzef Qoslavski, Kazimir Skureviç, Yevgeni Skibinski, Yuzef Ploşko və Konstantin Borisoqlebski tərəfindən yaradılmış gözəl Bakı binalarından söhbət açılır.
Layihə Elxan Süleymanovun rəhbərliyi ilə həyata keçirilib. Buraxılışa məsul Fuad Babayevdir. Kitab-albomda Elçin T.Əliyevin, Fərid Xayrullinin, Mirnaib Həsənoğlunun və Polad Əsədovun fotoları yer alıb.

URL / WWW
http://kelam.az/news/a-7411.html