Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Kəmaləddin Heydərov: Respublikada kommunal xidmətlərin göstərilməsində xarici ölkələrin təcrübəsi tətbiq edilə bilər
25.01.13 02:29

Respublikada kommunal xidmətlərin göstərilməsində xarici ölkələrin təcrübəsi tətbiq edilə bilər. APA-nın qərb bürosunun məlumatına görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Gəncədə keçirilən regional müşavirədən sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, dövlət balansında olan bəzi çoxmərtəbəli binalarda liftlər müvafiq icra hakimiyyəti qurumları tərəfindən nəzarətə götürülür, bəzi binalarda isə sahibkarlar mənzilləri satandan sonra liftlər və digər kommunal sistemlər nəzarətsiz qalır.
Nazir qeyd edib ki, bəzi xarici ölkələrdə olan şəhərlərin təcrübəsi öyrənilib.
Bu sahədə yeni sistemin tətbiq ediləcəyini qeyd edən K. Heydərov bu sahənin özəlləşdirməyə veriləcəyini qeyd edib: “Həmin şirkət binaları təmir edəcək, su, qaz və digər kommunal xərclərin toplanması, eyni zamanda xidmətləri göstərməsi yerinə yetirəcək”.
K. Heydərov Azərbaycanda bu sistemi qadağan edən qanunun olmadığını bildirib: “Odur ki, bu təcrübə tətbiq edilə bilər”. 
URL / WWW
http://kelam.az/news/a-7405.html