Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » QHT-lərə məsləhətçi kimi kömək göstərəcək mütəxəssislərin siyahısı müəyyənləşib
18.02.10 21:24

QHT-lərin Maliyyə Nazirliyinə təqdim edəcəyi 2009-cu ilin yekunlarına dair maliyyə hesabatlarının tərtibi işində onlara məsləhətçi kimi köməklik göstərəcək mütəxəssislərin siyahısı müəyyənləşib. Bu barədə məlumatı KƏLAMİNFO-a Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından veriblər. Şuradan bildiriblər ki, bu işə 16 nəfərin cəlb edilməsi nəzərdə tutulub. Məsləhət qrupunun üzvlərinə bu gün Maliyyə Nazirliyinin mütəxəssisləri son təlimi keçəcəklər. Fevralın 22-dən isə məsləhətçilər bu məqsədlə təyin edilən ünvanlarda fəaliyyətə başlayacaqlar. Qeyd kedək ki, məsləhət xidməti Bakı şəhərində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Milli QHT Forumu, Gənc Mühasiblər və “Lider Qadınlar” İctimai Birlikləri, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası tərəfindən həyata keçiriləcək. Xidmət həmçinin Gəncə, Mingəçevir, Şirvan, Lənkəran, Şəki şəhərlərində və digər rayonlarda həyata keçiriləcək.
URL / WWW
http://kelam.az/news/a-739.html