Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Serj Sarkisyan: "Türkiyə-Azərbaycan tandemi Dağlıq Qarabağdan güzəşt qoparmağa çalışır"
17.01.13 02:30

Fevralın 18-də Ermənistanda keçiriləcək prezident seçkilərinə yenidən namizəd olan Serj Sarkisyan Türkiyə və Azərbaycanı ittiham edib.  Türkiyəni qonşuları ilə sıfır problem siyasətindən sıfır nəticə almaqla tənqid edən Sarkisyan Türkiyə və Azərbaycanın Dağlıq Qarabağda güzəşt əldə etmə strategiyalarını müvəffəqiyyətsiz adlandırıb. 
"Türkiyə-Azərbaycan tandemi "iki ölkə bir millət" ifadəsi ilə 20 ildir Ermənistanı blokadada saxlayaraq Dağlıq Qarabağdan güzəşt qoparmağa çalışır. Onlar müvəffəqiyyətli ola bilmədi, əsla müvəffəqiyyətli ola bilməyəcəklər" -deyə Sarkisyan sərsəmləyib.  
Türkiyənin qonşuları ilə "sıfır problem" siyasətində uğurlu ola bilmədiyini, bütün problemləri qonşularının əleyhinə olacaq şəkildə həll etmək istədiyini iddia edən Sarkisyan onu da əlavə edib ki, Türkiyə bu gün sürətlə böyüyən və inkişaf edən bir ölkədir, ancaq Türkiyə rəhbərliyi xalqların tarixi ilə əlaqədar mövzuda yanaşmalarını davam etdirsə, bu müddət tam hədəfə çata bilməyəcək.
Sarkisyan Dağlıq Qarabağın bir etibar deyil, İrəvan baxımından ölüm-qalım məsələsi olduğunu ifadə edib.  
URL / WWW
http://kelam.az/news/a-7388.html