Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » ARDNŞ-dən dövlət büdcəsinə 1 milyard 425 milyon 27 min manat ödəniş
16.01.13 03:16

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2012-ci ilin dekabr ayında dövlət büdcəsinə 137 milyon 124 min manat vəsait ödəyib. Bu göstərici ötən ilin dekabr ayına nisbətən 12 milyon 774 min manat və ya 110,3 faiz çox olub. Ümumiyyətlə, 2012-ci ilin yanvar-dekabr aylarında büdcəyə 1 milyard 425 milyon 27 min manat ödəyib. Bu, 2011-ci illə müqayisədə 89 milyon 792 min manat və ya 106,7 faiz çox olub. 
Bundan əlavə, cari ilin dekabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 934 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin dekabr ayına nisbətən 1 milyon 258 min manat və ya 110,8 faiz çox olub. Ümumiyyətlə, 2012-ci ilin yanvar-dekabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 157 milyon 501 min manat təşkil edib ki, bu da 2011-ci ildəki ödənişdən 22 milyon 992 min manat və ya 117,1 faiz çox olub. 

URL / WWW
http://kelam.az/news/a-7385.html